Avropa Azərbaycanlıları Konqresi 31 Mart soyqırımı ilə bağlı bəyanat yayıb

Avropa Azərbaycanlıları Konqresi 31 Mart soyqırımı ilə bağlı bəyanat yayıb
# 29 mart 2007 13:52 (UTC +04:00)
Avropa Azərbaycanlıları Konqresi (AAK) 31 Mart - Azərbaycanlıların Soyqırımı günü ilə bağlı bəyanatla çıxış edib. Bu barədə APA-ya Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. AAK prezidenti Natiq Ağamirovun imzaladığı bəyanatda XIX əsrin əvvəllərindən etibarən Azərbaycan ərazilərinə kütləvi şəkildə köçürülmüş ermənilərin həmin yüzilliyin sonlarından başlayaraq “Böyük Ermənistan” xülyasını reallaşdırmaq məqsədilə Azərbaycan ərazilərində kütləvi terror aktları törətdikləri qeyd olunub. Erməni terroru nəticəsində hələ 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Muğanda, Qubada, Lənkəranda minlərlə azərbaycanlının qətlə yetirildiyini, on minlərlə insanın öz vətənindən didərgin salındığını diqqətə çatdıran bəyanatda bu gün də ermənilərin eyni metodlarla Azərbaycanın dinc əhalisinə qarşı terror aktı törətdiyi bəyan edilib. AAK bəzi dövlətlərin və beynəlxalq təşkilatların XX əsrin əvvəllərində baş verdiyi iddia olunan, lakin heç bir tarixi fakt əsasında təsdiqlənməyən “erməni soyqırımı” ilə bağlı qərarlar qəbul etməsini də pisləyib. Sənəd müəllifləri dünya birliyini bu tarixi ədalətsizliyə son qoymağa, təcavüzkar Ermənistana qarşı sanksiyalar tətbiq etməyə, azərbaycanlıların məruz qaldığı terror və soyqırımı aktlarına qiymət verməyə çağırıb. /APA/

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR