Türkiyə Böyük Millət Məclisinin üzvü Müzəffər Gülyurdun: “31 mart soyqırımı Türkiyə parlamentində müzakirə olunmalıdır”

Türkiyə Böyük Millət Məclisinin üzvü Müzəffər Gülyurdun: “31 mart soyqırımı Türkiyə parlamentində müzakirə olunmalıdır”
# 30 mart 2007 13:01 (UTC +04:00)
Bakıda səfərdə olan Türkiyə Tarix Qurumunun başqanı Yusif Halaçıoğlu və Türkiyə Böyük Millət Məclisinin üzvü, AKP millət vəkili Müzəffər Gülyurdun birgə mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, Y. Halaçıoğlu bildirib ki, səfər çərçivəsində 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə bağlı keçiriləcək tədbirlərdə iştirak edəcək və Azərbaycanın bir sıra hökumət nümayəndələri ilə görüşəcəklər. O, erməni təbliğatına qarşı Türkiyə-Azərbaycan işbirliyinin gücləndiyini diqqətə çatdırıb: “Qərbin yetişdirdiyi erməni terror dəstələri Anadolu və Azərbaycanda dəhşətli qətllər törədiblər. Bu gün isə ermənilər dünyaya qondarma “erməni soyqırımı”nı sırımağa çalışırlar. Diaspora təşkilatlarımızın bundan sonrakı uğurlu fəaliyyəti erməni təbliğatını iflasa uğradacaq. Amma daxildə də təbliğatımızı aparmalıyıq”. M. Gülyurdun Türkiyə parlamentində bu soyqırımın müzakirəsinə ehtiyac olduğunu söyləyib. Onun sözlərinə görə, Türkiyəyə döndükdən sonra parlamentdə bu barədə çıxış edəcək. O, Türkiyə və Azərbaycan parlamentlərinin bu istiqamətdə birgə fəaliyyətinə də ehtiyac duyulduğunu vurğulayıb. /APA/

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR