İsraildəki Azərbaycan diasporasını birləşdirəcək assosiasiyanın təsis qurultayına hazırlıq davam edir

İsraildəki Azərbaycan diasporasını birləşdirəcək assosiasiyanın təsis qurultayına hazırlıq davam edir
# 02 aprel 2007 08:11 (UTC +04:00)
Martın 30-da İsrailin Ramat-Qan şəhərində Ümumisrail Azərbaycan Diaspora Komitəsinin növbəti yığıncağı keçirilib. APA-nın İsrail bürosunun xəbərinə görə, yığıncaqda müvafiq sahələr üzrə işçi qrupların tərkibi müəyyənləşib və aprelin 12-də Tel-Əvivdə keçiriləcək İsrail-Azərbaycan Assosiasiyasının təsis qurultayına nümayəndələr seçilib. Komitənin rəhbərlərindən olan Yeganə Məmmədova-Salman bildirib ki, bu qurum Azərbaycanın tarixi-mədəni irsinin qorunması üzrə komissiya qismində yeni yaradılacaq assosiasiyanın tərkibinə qatılacaq. Azərbaycan mənşəli İsrail vətəndaşları 15 ildir bu ölkədə yaşamalarına baxmayaraq, indiyədək onları birləşdirəcək vahid qurumun yaradılmamasından təəssüfləniblər və bu çatışmazlığın aradan qaldırılması üçün Knessetin deputatı İosif Şaqalın atdığı addımları yüksək qiymətləndiriblər. Onlar qeyd ediblər ki, təşkilatlanma nəticəsində İsraildə Azərbaycan haqqında müsbət təsəvvürlər yaratmaq və ermənilərin apardığı təbliğatı neytrallaşdırmaq mümkündür. İsrail əleyhdarı olmayan müsəlman ölkələri ilə münasibətlər qurulması rəsmi Tel-Əviv üçün də çox önəmlidir. Yemi assosiasiyanın bu mənada ciddi rol oynayacağı gözlənilir. /APA/

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR