Rusiyada yeni miqrasiya qanunvericiliyi qüvvəyə mindikdən sonra azərbaycanlılarla bağlı problem yaranmayıb

Rusiyada yeni miqrasiya qanunvericiliyi qüvvəyə mindikdən sonra azərbaycanlılarla bağlı problem yaranmayıb
# 02 aprel 2007 11:35 (UTC +04:00)
Rusiyada aprelin 1-də yeni miqrasiya qanunvericiliyinin qüvvəyə minməsindən sonra azərbaycanlıların saxlanılması faktları ilə bağlı hər hansı informasiya daxil olmayıb. Bu barədə APA-ya Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib. Səfirlikdən bildiriblər ki, Rusiyada çalışan Azərbaycan vətəndaşları bu məsələ ilə bağlı kifayət qədər məlumatlandırılıblar. Diplomatik nümayəndəliyin əməkdaşları bəzi bazarlarda reydlər də keçiriblər. Reydlər zamanı bazarların ciddi şəkildə boşaldığı, məhsulların çeşidinin azaldığı və qiymətlərin yüksəldiyi müşahidə olunub. Sankt-Peterburq bazarlarında da analoji vəziyyət hökm sürür. Ancaq soydaşlarımızla bağlı hər hansı problemin yaranmayıb. Bunu Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan deyiblər. Rusiya Federal Miqrasiya Xidmətinin əməkdaşları isə hələlik bazarlarda reyd keçirmir. Qurumun mətbuat xidmətinin məlumatına görə, ilin əvvəlindən indiyə qədər təxminən 1 milyon əmək miqrantı qeydiyyatdan keçib. /APA/

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR