Strasburqda təhsil alan azərbaycanlı tələbələrin forumu keçiriləcək

Strasburqda təhsil alan azərbaycanlı tələbələrin forumu keçiriləcək
# 04 aprel 2007 08:16 (UTC +04:00)
Aprelin 10-da Avropa Şurasının binasında Emin Milli ( Alumni Network), Vüsal Məmmədov (FASE-nin baş katibi) və Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri Arif Məmmədovun iştirakı ilə Strasburqda təhsil alan azərbaycanlı tələbələrin ilk forumu keçiriləcək. APA-nın Strasburqda olan əməkdaşının verdiyi məlumata görə, təşkilatçılar bu tədbirlə bağlı şəhərin ali təhsil müəssisələrində təhsil alan soydaşlarımıza müraciət ediblər. Aprelin 10-da baş tutacaq forumun proqramı artıq hazırdır. /APA/

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR