Dünya Azərbaycanlıları Konqresinin sədri Cavad Derəxti mətbuat konfransı keçirib

Dünya Azərbaycanlıları Konqresinin sədri Cavad Derəxti mətbuat konfransı keçirib
# 05 aprel 2007 14:09 (UTC +04:00)
Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Cavad Derəxti mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, C. Derəxti aprelin 15-də Parisin Respublika meydanında qondarma “erməni soyqırımı”nı pisləyən aksiya keçiriləcəyini bildirib. Onun sözlərinə görə, bu aksiya DAK-la Tələt Paşa Komitəsinin birgə kütləvi aksiyası olacaq. C.Derəxti anti-Azərbaycan təbliğatı aparan qurumlara qarşı mübarizəni davam etdirəcəklərini də deyib: “Azərbaycanın bütövləşməsi məsələsi reallaşmağa doğru getdikcə və diaspora təşkilatlarımız gücləndikcə, Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edən İran belə təxribatlar edəcək. Ancaq Azərbaycanın güneyində milli mübarizə gedir və hərəkat güclənir. “Şimali İran” kimi gülünc fikirlər Güney Azərbaycanın milli hərəkatına kölgə sala bilməyəcək”. O, bəzi diaspora təşkilatlarını parçalanmağa sövq edən məsələlər barədə də danışıb: “Diaspora təşkilatlarını parçalayan əsas məsələ, Bakıda olduğu kimi, mənəm-mənəmlik davasıdır. Dəfələrlə bu iddiada olanlara şəxsi iddialarından əl çəkməyi tövsiyə etsək də, bir nəticə əldə edilməyib. Amma hamısı Azərbaycanın bütöv və müstəqil olmasını istəyir”. DAK sədri təşkilat daxilində yaranan gərginliyə də münasibət bildirib: “Bundan sonra üzvlük məsələsinə ciddi yanaşılacaq. Aprelin 15-nə qədər kim yenidən DAK-a üzv olmaq üçün müraciət etməyəcəksə, ona yeni vəsiqə verilməyəcək”. /APA/

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR