Avropa Azərbaycanlıları Konqresinin fəaliyyət proqramının layihəsi hazırlanıb

Avropa Azərbaycanlıları Konqresinin fəaliyyət proqramının layihəsi hazırlanıb
# 06 aprel 2007 12:24 (UTC +04:00)
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Natiq Ağamirovla qurumun keçmiş rəhbəri və fəxri prezidenti Bahəddin Kaya arasında görüş keçirilib. Bu barədə APA-ya Dövlət Komitəsinin mətbuat Xidmətindən məlumat verilib. Görüşdə AAK-ın bu il martın 10-da Bakıda keçirilmiş II qurultayının nəticələri müzakirə edilib, təşkilatın gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. N. Ağamirov qurumun bu günədək gördüyü işləri qənaətbəxş hesab edərək təşkilatın fəaliyyətinin genişləndirilməsinin vacibliyini vurğulayıb, Konqresin 2007-2009-cu illəri əhatə edən fəaliyyət proqramının layihəsinin hazırlandığını diqqətə çatdırıb. AAK prezidenti qeyd edib ki, layihədə təşkilatın ən müxtəlif sahələrdə həyata keçirəcəyi tədbirlər və üzərinə düşən vəzifələrlə bağlı müddəalar öz əksini tapıb. Məlumata görə, sənəd layihəsi AAK İcraiyyə Komitəsinin yaxın vaxtlarda keçirilməsi gözlənilən iclasında ətraflı müzakirə ediləcəkdir. /APA/

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR