Nazim İbrahimovun başçılıq etdiyi nümayəndə heyəti İsrailə gedib

Nazim İbrahimovun başçılıq etdiyi nümayəndə heyəti İsrailə gedib
# 09 aprel 2007 08:10 (UTC +04:00)
APA-nın İsrail bürosunun xəbərinə görə, nümayəndə heyətinin tərkibinə dağ yəhudiləri dini icmasının rəhbəri Semyon İxiilov, Milli Məclisin üzvü, Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun sədri Yevda Abramov, İsrailin Azərbaycandakı səfirliyinin birinci katibi Mixail Barkan və digər şəxslər, eləcə də incəsənət xadimləri ümumilikdə 30 nəfər daxildir. Səfərdə məqsəd İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının aprelin 12-də Tel-Əvivdə keçiriləcək təsis qurultayında iştirak etməkdir. Qurultaydan əvvəl N. İbrahimov Yerusəlimdə İsrailin bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirəcək. Azərbaycanın incəsənət xadimləri isə müxtəlif şəhərlərdə konsert proqramları ilə çıxış edəcəklər. İlk konsert bu gün Hayfa şəhərində olacaq.
Qeyd edək ki, hazırda İsraildə Azərbaycandan köçmüş 100 minə yaxın insan yaşayır. /APA/

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR