Nazim İbrahimov Hayfa şəhərində Azərbaycandan köçmüş israillilərlə görüşüb

Nazim İbrahimov Hayfa şəhərində Azərbaycandan köçmüş israillilərlə görüşüb
# 10 aprel 2007 09:10 (UTC +04:00)
APA-nın İsrail bürosunun xəbərinə görə, Azərbaycan nümayəndə heyəti ilə Hayfa konsert salonunda keçirilən görüşə 800 nəfər toplaşıb. N. İbrahimov çıxışında Azərbaycandan Hayfaya köçmüş israillilərin birliyini yüksək qiymətləndirərək yeni yaradılacaq Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının yerinə yetirəcəyi missiyanı xüsusi qeyd edib. İsrail parlamentinin üzvü, sabiq bakılı İosif Şaqal isə Azərbaycan nümayəndə heyətini salamlayaraq yeni təşkilatın iki ölkənin siyasi, iqtisadi və mədəni sahələrdə yaxınlaşmasına xidmət edəcəyini bildirib. Daha sonra Azərbaycan incəsənət xadimləri maraqlı musiqi proqramı ilə çıxış ediblər.
Qeyd edək ki, Hayfa şəhərində Azərbaycandan köçmüş 8-10 min adam yaşayır. 1991-ci ildə onlar “Hayfa-Bakı” Cəmiyyətini təsis ediblər. Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsis qurultayı isə aprelin 12-də Tel-Əvivdə keçiriləcək. Qurultayda N. İbrahimovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edəcək. /APA/

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR