Nazim İbrahimov İsrail rəsmiləri ilə görüşlər keçirib

Nazim İbrahimov İsrail rəsmiləri ilə görüşlər keçirib
# 11 aprel 2007 09:35 (UTC +04:00)
APA-nın İsrail bürosunun xəbərinə görə, N. İbrahimov ilk olaraq İsrailin absorbsiya naziri Zeev Boymla görüşüb. Bu nazirlik repatriantların (dünyanın müxtəlif ölkələrindən İsrailə gələn yəhudilərin) yerləşdirilməsi və cəmiyyətə inteqrasiyası məsələləri ilə məşğul olur. N. İbrahimov və Z. Boym Azərbaycandan İsrailə köçənlərin ölkənin inkişafında mühüm rol oynadığını vurğulayıblar. Tərəflər iki ölkə arasında əlaqələrin inkişafının zəruriliyini də qeyd ediblər. Dövlət Komitəsinin sədri İsrail parlamentinin vitse-spikeri Amnon Koenlə də görüşüb. Görüşdə ikitərəfli münasibətlər, Yaxın Şərq və Cənubi Qafqazda vəziyyət, bu regionlarda sülh və sabitliyin əldə olunması məsələləri müzakirə olunub. Daha sonra yeni yaradılacaq İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının rəhbərlərindən biri Aleks Şapiro Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafət verib.
Xatırladaq ki, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təsis qurultayı aprelin 12-də Tel-Əvivdə keçiriləcək. /APA/

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR