Avropa Şurası Parlament Assambleyasının binasında Strasburqda təhsil alan azərbaycanlı tələbələrin forumu keçirilib

Avropa Şurası Parlament Assambleyasının binasında Strasburqda təhsil alan azərbaycanlı tələbələrin forumu keçirilib
# 12 aprel 2007 08:26 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının binasında Strasburqda təhsil alan azərbaycanlı tələbələrin forumu keçirilib. APA-nın Avropa bürosunun məlumatına görə, forum Fransada Təhsil Alan Azərbaycanlı Tələbələr Assosiasiyası (FATA) və Avropada Təhsil Alan Azərbaycanlı Tələbələr Forumu (FASE) tərəfindən təşkil olunub. Foruma Avropa Şurasının təhsil, mədəniyyət, idman, gənclər və ətraf mühit məsələləri üzrə baş direktoru Qabriella Battaini-Draqoni, Yerli və Regional Hakimiyyətlər Konqresi katibliyinin Azərbaycan üzrə məsul əməkdaşı K. Martin, Kommunikasiya Direktorluğunun əməkdaşları Can Fişek və Doryan Lakomb da qatılıb. AŞ təmsilçiləri qurumun gənclik, demokratik vətəndaşlıq təhsili və s. Sahələrdə həyata keçirdiyi layihə və proqramlar, “Hamı fərqli hamı bərabər” Avropa Gənclik Kampaniyası və s. barədə tələbələrin suallarını cavablandırıblar. Forumda Azərbaycanın Avropa Şurasında daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov, Strasburqda “Azərbaycan Evi”nin rəhbəri Mustafa Alınca, FASE-nin baş katibi Vüsal Məmmədov, “Alumni Network”ün yaradıcısı Emin Milli çıxış ediblər. Bu tədbirlə bağlı Avropa Şurasının internet səhifəsində press-reliz də yerləşdirilib. /APA/

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR