Mərmərə qrupunun rəhbəri Akkan Süvər: “Azərbaycanın İsraildə 100 minə yaxın səfiri var”

Mərmərə qrupunun rəhbəri Akkan Süvər: “Azərbaycanın İsraildə 100 minə yaxın səfiri var”
# 16 aprel 2007 08:24 (UTC +04:00)
Bu sözləri APA-nın İsrail bürosuna açıqlamasında Türkiyənin Mərmərə Strateji və Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Akkan Süvər deyib. İsraildə bəzilərinin ölkədə Azərbaycan səfirliyinin olmamasından şikayətləndiyini söyləyən A. Süvərin fikrincə, İsraildəki Türkiyə səfirliyi elə Azərbaycanın da səfirliyidir: “Başqa cür düşünmək olmaz. Əlbəttə, ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan Respublikasının da İsraildə səfirliyi açılacaq. Amma İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının yaradılmasi onu göstərir ki, Azərbaycanın İsraildə 100 minə yaxın səfiri var”. Təşkilatın yaradılması münasibətilə İsraildə yaşayan Azərbaycan türklərini və Azərbaycan yəhudilərini təbrik edən A. Süvər bu qurumun Azərbaycan-İsrail münasibətlərinin inkişafında mühüm rol oynayacağına və lobbi missiyasını layiqli şəkildə yerinə yetirəcəyinə inandığını bildirib. /APA/

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR