Oqtay Əfəndiyev 11 nəfərdən ibarət Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri seçilib

Oqtay Əfəndiyev 11 nəfərdən ibarət Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri seçilib
# 16 aprel 2007 10:09 (UTC +04:00)
Estoniya qanunvericilik orqanında Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu təsis edilib. APA-nın Şərqi Avropa bürosunun verdiyi məlumata görə, yeni tərkibdə fəaliyyətə başlayan parlamentdə bir çox ölkələrin parlamentləri ilə dostluq qrupu yaradılıb. Tərkibinə 11 deputat daxil olan Estoniya-Azərbaycan parlamentlərarası qrupuna soydaşımız Eldar Əfəndiyev sədrlik edəcək. Qeyd edək ki, deputat qrupları xarici ölkələrin qanunvericilik orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də xarici ölkələrin Estoniyanın uğurları ilə daha yaxından tanış olması məqsədilə yaradılır. Qruplarda üzvlərin sayına məhdudiyyət qoyulmur və arzu edən hər kəs həmin qrupa üzv ola bilər. Üzv olan deputatların sayına görə ən populyar ölkələr Gürcüstan və Ukrayna olub. Belə ki, Estoniya-Gürcüstan parlamentlərarası dostluq qrupuna 27, Estoniya-Ukrayna parlamentlərarası dostluq qrupuna isə 22 millət vəkili daxil olub. Estoniya-Gürcüstan parlamentlərarası dostluq qrupunun sədri tanınmış milli radikal Andres Herkel, Estoniya-Ukrayna parlamentlərarası dostluq qrupunun sədrliyinə isə “narıncı inqilab”ın fəal iştirakçısı, İslahatlar Partiyasından Silver Meykar seçilib. /APA/

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR