218 azərbaycanlının Polşadan təxliyəsi gözlənilir

Polşa

© APA | Polşa

# 03 mart 2022 10:56 (UTC +04:00)

“Polşada yerləşdirilən 218 soydaşımızın təxliyəsi üçün təyyarə reysi gözlənilir”.

Bunu APA-ya açıqlamasında Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli bildirib.

O deyib ki, səfirlikdən xəbər gözləyirlər: “Biz öz növbəmizdə soydaşlarımızı hotelə, hostelə, qonaq evlərinə yerləşdiririk. Dünən 30-dan çox soydaşımızı hotelə yerləşdirmişik. Bu gün isə 59 soydaşımız bizə müraciət edib”.

F. Cəfərli qeyd edib ki, ümumilikdə dünənki siyahıya əsasən Varşavaya 168, Krakova isə 50-dən çox soydaşımız yerləşdirilib: “Həftə sonuna kimi soydaşlarımızı yerləşdirməyə davam edəcəyik. Hələlik bir problem yoxdur. Sadəcə, təxliyə olmalıdır ki, bizdə yer problemi yaranmasın”.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR