Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri ŞKTR parlamentinin sədri ilə görüşüb

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri ŞKTR parlamentinin sədri ilə görüşüb
# 03 dekabr 2020 17:18 (UTC +04:00)

Şimali Kipr Türk Respublikası (ŞKTR) parlamentinin sədri Təbərrükən Uluçay Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu və cəmiyyətin üzvlərini qəbul edib.

O. Həsənoğlu APA-ya bildirib ki, görüşdə iki qardaş xalq arasında münasibətlərin tarixindən danışılıb. Qeyd edilib ki, Şimali Kiprdə 300-ə yaxın azərbaycanlı tələbə ali təhsil almaqdadır. Eyni zamanda ali təhsil ocaqlarında 40-a yaxın azərbaycanlı professor-müəllim heyəti çalışır, 100-dən çox azərbaycanlı ailə yaşayır.

Təbərrükən Uluçay Azərbaycana bir neçə dəfə səfər etdiyini xatırladıb: “Xalqlarımız arasında milli-mənəvi bağlar mövcuddur. Dağlıq Qarabağda yaşanan bütün hadisələri yaxından izlədik. Azərbaycanın verdiyi haqlı mücadiləni dəstəkləyirik. İşğaldan azad edilən torpaqlara görə, sevinc hissi yaşayırıq. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Şimali Kipr xalqı hər zaman Azərbaycanın yanındadır. İki ölkə arasında mədəniyyət, sənət, elmi, iqtisadiyyat və zaman-zamanda idman sahəsində münasibətləri inkişaf etdirmək istəyirik”.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR