Benilüks Azərbaycanlıları Konqresinin V Qurultayı keçirilib

Benilüks Azərbaycanlıları Konqresinin V Qurultayı keçirilib
# 23 noyabr 2020 16:37 (UTC +04:00)

Niderland Krallığının Rotterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresinin (BAK) növbəti - V Qurultayı keçirilib.

Diapsorla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, qurultay iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra BAK-ın fəaliyyətinə həsr olunmuş videoçarx təqdim olunub, təşkilatın nizamnaməsində bəzi dəyişikliklər edilib.

Qurultayda Hollandiya və Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiriciləri, Ana Vətən Cəmiyyətinin, Odlar Yurdu Təşkilatının, Niderland Azərbaycan Evinin, Avropa Azərbaycanlıları saytının rəhbərləri ilə yanaşı, Azərbaycan diasporunun fəal üzvləri də iştirak ediblər.

Qurultayda təşkilati məsələlərə də baxılıb, yeni sədr və 13 nəfərdən ibarət İdarə Heyəti seçilib. Elsevər Məmmədov yenidən, yekdilliklə, növbəti 4 il müddətinə Benilüks Azərbaycanlıları Konqresinin sədri seçilib. Daha sonra BAK-ın növbəti 4 il üçün fəaliyyət planı müzakirə olunub.

Qurultay zamanı BAK-ın vitse-prezidenti Sima Cəfərovaya 70 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun təbrik məktubu da çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR