Diaspor fəaliyyəti və lobbi quruculuğu ilə bağlı tədbirlərə gələn il büdcədən ayrılacaq vəsaitin məbləği məlum olub

Diaspor fəaliyyəti və lobbi quruculuğu ilə bağlı tədbirlərə gələn il büdcədən ayrılacaq vəsaitin məbləği məlum olub
# 21 dekabr 2020 13:20 (UTC +04:00)

2021-ci ilin dövlət büdcəsindən diaspor fəaliyyəti və lobbi quruculuğu ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin məbləği məlum olub.

APA-nın məlumatına görə, bu, Milli Məclisə təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, ölkənin tarixi və mədəni irsinin təbliği ilə bağlı tədbirlərin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, digər xalqların diasporları ilə əlaqələr və lobbi quruculuğu ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 7,3 milyon manat vəsait nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR