Dövlət Komitəsi: Əsgər anasının cənazəsi Türkiyədən Azərbaycana gətirilir

Dövlət Komitəsi: Əsgər anasının cənazəsi Türkiyədən Azərbaycana gətirilir
# 05 fevral 2021 12:49 (UTC +04:00)

Müdafiə Nazirliyinin cəbhə xəttində yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçən Rəşad Hacızadə anasının müvəqqəti yaşadığı Türkiyənin Balıkəsir şəhərində dünyasını dəyisməsi və mərhumun cənazəsinin Azərbaycana gətirilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib.

Komitədən APA-ya bildirilib ki, Azərbaycan ordusunun əsgərinin müraciətinə dərhal cavab verilib və Azərbaycan Respublikasının vətəndaşı, 1970-ci il təvəllüdlü Hacıyeva Afaq Yaqub qızının nəşinin ölkəmizə gətirilməsi üçün bütün addımlar atılıb. Cənazə artıq Türkiyədən yola salınıb və bu gün axşam Bakıya çatacağı gözlənilir.

Qeyd edək ki, Afaq Hacızadə qızı Nərmin Hacızadənin Türkiyədə təhsil alması səbəbindən qonşu ölkədə müvəqqəti yaşayırmış.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR