Kaliforniyada Gəncə terroruna etiraz olaraq avtoyürüş keçirilib

Kaliforniyada Gəncə terroruna etiraz olaraq avtoyürüş keçirilib
# 19 oktyabr 2020 14:32 (UTC +04:00)

ABŞ-ın Kaliforniya ştatında Şimali və Cənubi Amerika Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə avtoyürüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, 150-dən çox avtomobilin iştirakı ilə keçirilən avtoyürüş Los Gatos yaxınlığından start götürüb və mərkəzi küşələrlə dairəvi hərəkət edərək həmin ünvanda da başa çatıb.

Üzərində üçrəngli Azərbaycan bayraqları olan və “Qarabağ Azərbaycandır” şüarı ilə bəzənən avtomobillərdə hərəkət edən yürüş iştirakçıları yerli ictimaiyyətin diqqətini cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonların, xüsusilə Gəncənin mülki əhalisinin Ermənistan tərəfindən ağır artilleriya atəşinə tutulmasına yönəldiblər.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyekrlərə ciddi ziyan dəyib, hər iki terror aktı nəticəsində 24 nəfər həlak olub, 90 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR