Kanadanın Kalqari şəhərində azərbaycanlıların həmrəylik yürüşü keçirilib

Kanadanın Kalqari şəhərində azərbaycanlıların həmrəylik yürüşü keçirilib
  • Clock-gray 17:49
  • calendar-gray 02 Noyabr 2020

Kanadada Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ALACS) təşkilatçılığı ilə Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə yerli ictimaiyyəti məlumatlandırmaq məqsədilə dinc etiraz yürüşü keçirilib.

Diasprola İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv reportajlar verən “Globe And Mail” və “The Canadian Press” media şirkətlərinin ofisləri önündən başlayan yürüş Kalqari şəhər bələdiyyəsinin binası qarşısında sona çatıb.

Aksiyada təcavüzkar erməni ordusunun Gəncə və Bərdə şəhərlərində, aralarında azyaşlı uşaqların və qadınların da olduğu, dinc əhaliyə qarşı törətdiyi terror aktları pislənib.

Soydaşlarımız Kanada mediasından hadisələri qərəzsiz və reallığa uyğun yaymağı tələb edib.

Aksiyada ermənilərin terrorçu hərəkətləri ilə bağlı məlumatların əks olunduğu plakatlar nümayiş olunub, “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünə son qoyun!”, “Media, həqiqəti xəbər ver!”, “Yaşasın Azərbaycan!” kimi şüarlar səsləndirilib.

Sonda Azərbaycan Respublikasının Dövlət Himni oxunub.

Kanadanın CTV telekanalı yürüşlə bağlı video-reportaj yayımlayıb.

Əsmər Qabil

Digər xəbərlər