Münhendə qələbə münasibəti ilə avtoyürüş keçirilib

Münhendə qələbə münasibəti ilə avtoyürüş keçirilib
# 17 noyabr 2020 11:33 (UTC +04:00)

Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Səttar Kərimovun təşəbbüsü və Münhendə yaşayan azərbaycanlıların iştirakı ilə Qarabağdakı tarixi qələbəmiz münasibətilə Münhen şəhərinin mərkəzi küçələrində avtoyürüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, üzərində üçrəngli Azərbaycan bayrağı olan avtomobillərdə hərəkət edən soydaşlarımız 30 illik işğala son qoyulmasını, qısa vaxtda qazandığımız tarixi qələbəni qürurla qeyd ediblər. Diqqətə çatdırılıb ki, bu qələbə Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, müzəffər Azərbaycan ordusunun şücaətinin və xalqın birliyinin nəticəsidir.

Tədbir iştirakçıları xalqımıza sonsuz sevinc hissini yaşadan hər kəsə minnətdarlığını bildirib və şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR