Niderland Türk Federasiyası Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyanat yayıb

Niderland Türk Federasiyası Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyanat yayıb
# 07 oktyabr 2020 11:35 (UTC +04:00)

Niderlandda fəaliyyət göstərən Türk Federasiyası (NTF) işğalçı Ermənistanın cəbhə zonasından uzaq olan Azərbaycan şəhərlərini raket zərbələrinə məruz qoymasına etiraz olaraq bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bəyanatda qeyd olunub ki, Ermənistanın raket atəşilə mülki insanları və obyektləri hədəfə alması yolverilməzdir.

NTF hesab edir ki, əbədi sülhün bu regiona gəlməsi təcavüzkar, işğalçı qüvvələrin beynəlxalq qanun normalarına uyğun olaraq Qarabağı birdəfəlik tərk etməsi zamanı mümkün olacaq.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR