Rumıniyadakı Azərbaycan icması dünya birliyinə müraciət edib

Rumıniyadakı Azərbaycan icması dünya birliyinə müraciət edib
# 12 oktyabr 2020 12:54 (UTC +04:00)

Rumıniyada fəaliyyət göstərən Azərbaycan icması Rumıniya parlamentinə, Xarici İşlər Nazirliyinə və dünya birliyinə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Rumıniya Azərbaycanlıları Birliyinin prezidenti Vaqif Həsənovun imzaladığı müraciətdə Ermənistanın 27 il ərzində ölkəmizə qarşı təcavüzkar və işğalçı siyasət yürütdüyü qeyd edilir. Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və ətraf 7 rayondan Ermənistanın yerli azərbaycanlıları didərgin salmaqla vətəndaşların fundamental azadlıq hüquqlarını, o cümlədən yaşamaq hüququnu kobudcasına pozduğu bildirilir. Azərbaycan ordusunun Ermənistanın 27 sentyabr hücumuna əks-hücumla cavab verməklə xalqımızın özünümüdafiə və ərazibütövlüyü hüquqlarını həyata keçirdiyi, beynəlxalq qanunlara müvafiq hərəkət etdiyi barədə ətraflı məlumat verilir.

Soydaşlarımız Rumıniya hakimiyyətini və dünya birliyini Azərbaycan torpaqlarını işğaldan azad etməsi, beynəlxalq hüquq normalarına uyğun davranması, təcavüzkar siyasətdən əl çəkməsi üçün Ermənistan hökumətinə təsir göstərməyə çağırıblar.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR