Tbilisidə 20 yanvar faciəsinə həsr olunmuş konfrans keçirilib

Tbilisidə 20 yanvar faciəsinə həsr olunmuş konfrans keçirilib
# 15 yanvar 2020 16:40 (UTC +04:00)

Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli Axundov Adına Azərbaycan Mədəniyyəti Muzeyində “Azərtac”ın və muzeyin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr edilmiş sərgi-konfrans keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, konfransda əvvəlcə faciədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbir iştirakçılarına 20 Yanvar faciəsi ilə bağlı ətraflı məlumat verilib. Qeyd edilib ki, bu hadisə Azərbaycanın ən yaxın tarixində baş vermiş qəhrəmanlıq nümunəsidir və xalqın yaddaşında daim qürurla yaşadılacaq.

Mirzə Fətəli Axundov Adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva bildirib ki, bu hadisə Gürcüstanda yaşayan soydaşlarımız tərəfindən hər il dərin hüznlə, eyni zamanda qürur hissi ilə yad edilir.

Tədbirdə 20 yanvar faciəsinin təsvir edildiyi 40-a yaxın fotoşəkil eləcə də faciəyə həsr edilmiş sənədli film nümayiş olunub.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR