Xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi dərsliklər hazırlanıb

Xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi dərsliklər hazırlanıb
# 05 dekabr 2019 12:13 (UTC +04:00)

“Xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi dərsliklər hazırlanıb”.

APA-nın xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Muradov Yeni Azərbayacan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, xaricdə yaşayan azərbaycanlılar üçün hazırlanmış xüsusi dərsliklər Təhsil Nazirliyinə təqdim edilib: “Fransanın Nant, İsveçrənin Bern, Polşanın Varşava, İsveçin Stokholm şəhərlərində “Qarabağ” adlı həftəsonu Azərbaycan məktəbləri açılıb”.

Fuad Muradov deyib ki, xaricdə yaşayan azərbaycanlılar üçün hazırlanan xüsusi dərsliklərin paylanılmasına gələn ildən başlanacaq.

O bildirib ki, azərbaycanlıların yaşadığı bütün ölkələrə bu dərslik göndəriləcək: "Çox yaxşı bir nəşr alınıb. Ümid edirəm ki, bu dərsliklər öz müsbət nəticələrini verəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR