Abdullah Eren: "Azərbaycan və Türkiyənin diaspor qurumları xaricdə çox yaxın əməkdaşlıq edib"

Abdullah Eren: "Azərbaycan və Türkiyənin diaspor qurumları xaricdə çox yaxın əməkdaşlıq edib"
# 20 dekabr 2022 15:18 (UTC +04:00)

"Azərbaycan və Türkiyənin diaspor qurumları uzun müddətdir xaricdə çox yaxın əməkdaşlıq edib".

APA xəbər verir ki, bunu Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədri Abdullah Eren jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycana dezinformasiya ilə mübarizədə əlimizdən gələn dəstəyi göstəririk. Biz, iki dövlətin bir diaspor qurumu kimi fəaliyyət göstərmişdik. İndi bunu daha da genişləndirmək və TDT-yə üzv olan digər ölkələrin diasporlarını da əməkdaşlığa cəlb etmək niyyətindəyik. Bu sahədə bir sıra memorandumlar imzalamışıq", - o qeyd edib.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR