ABŞ-da Novruz Festivalı keçirilib

ABŞ-da Novruz Festivalı keçirilib
# 17 mart 2019 08:30 (UTC +04:00)

ONA-nın ABŞ bürosunun verdiyi xəbərə görə, ötən gün Texas Ştatının Hyuston şəhərində Novruz festivalı təşkil edilib.

Festivalda türkdilli ölkələr Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan təmsil olunub. Texas Ştatında fəaliyyət göstərən türkdilli cəmiyyət və təşkilatların təşkil etdiyi şənlikdə hər ölkəyə məxsus stendlər qurulub.

Həmin stendlərdə türk xalqalrının adət-ənənələrini əks etdirən əşyalar sərgilənib. Sonda məktəblilərin ifasında milli rəqs nümunələri nümayiş etdirilib.

Festival yerli əhali tərəfindən böyük maraqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR