Azərbaycan diasporu: Kiyevdə vəziyyət təhlükəlidir, atışma səsləri gəlir

Azərbaycan diasporu: Kiyevdə vəziyyət təhlükəlidir, atışma səsləri gəlir
# 04 mart 2022 18:27 (UTC +04:00)

“Hazırda Kiyevdə vəziyyət çox çətindir. Atışma səsləri gəlir”.

APA xəbər verir ki, bunu Azərbaycan diasporunun tanınmış nümayəndəsi Eldar Tağıyev Diaspor TV-yə müsahibəsində deyib.

“Qaldığımız ərazi çox təhlükəlidir. Biz dəmiryolu vağzalının yaxınlığındayıq. Buradan çıxmaq ehtimalımız çox çətinləşir”, - o bildirib.

Eldar Tağıyev qeyd edib ki, səhər Kiyevdən qatarla təxliyə mümkün ola bilər, lakin həyəcan siqnalı verildiyi üçün şəhərdən çıxış imkanı yoxdur.

Onun sözlərinə görə, hazırda Kiyevdə vəziyyət çox təhlükəlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR