Azərbaycanlı rəssamların əsərləri Londonda nümayiş olunub - FOTO

Azərbaycanlı rəssamların əsərləri Londonda nümayiş olunub - FOTO
# 05 iyul 2022 12:53 (UTC +04:00)

Azərbaycanlı rəssamların əsərləri Londonda nümayiş edilib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən Londonda “The Art of Diplomacy” (Diplomatiya sənəti) adlı sərginin açılışı keçirilib.

Azərbaycan-Britaniya diplomatik əlaqələrinin 30 illiyi münasibətilə keçirilən sərgidə 22 azərbaycanlının 56 əsəri Londondakı “Yunus Emre İnstitut”unda nümayiş olunub.

Mərkəzin direktoru İslam Baxşəliyev Azərbaycan mədəniyyətinin Londonda və digər ölkələrdə tanıdılmasının əhəmiyyətindən danışıb.

O, Avropanın 20-yə qədər ölkəsində indiyə qədər sərgilər keçirildiyini, 1700-ə yaxın əsərin nümayiş olunduğunu deyib. İslam Baxşəliyev Azərbaycanda mədəniyyətin inkişafına olan diqqətdən danışıb. O, çıxışında Azərbaycanın Britaniyadakı səfirliyinə dəstəyə görə təşəkkür edib.

“2022-ci ildə Azərbaycan-Britaniya diplomatik əlaqələrinin 30 illiyi və Kraliça II Yelizavetanın platin yubileyi üst-üstə düşür. Belə bir zamanda bu sərginin keçirilməsi və Azərbaycan sənətinin tanıdılması çox vacibdir”, - İslam Baxşəliyev bildirib.

Azərbaycanın Britaniyadakı səfirliyinin müşaviri Rəşad Vahabzadə Azərbaycanın Londonda təmsil edilməsinin, mədəniyyət tədbirlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, sərgi 8 iyulda başa çatacaq.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR