Azərbaycanlılar İsveçdə seçki marafonuna qoşulub

Azərbaycanlılar İsveçdə seçki marafonuna qoşulub
# 05 sentyabr 2022 15:15 (UTC +04:00)

İsveçdə yaşayan soydaşlarımızın bir qrupu sentyabrın 11-də ölkə üzrə keçiriləcək riksdaq (parlament), regional və bələdiyyə seçkilərində öz namizədliklərini irəli sürüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, seçki marafonunda Sosial-Demokrat Partiyasını İradə Əliyeva Söderberg (Jönşöping bölgəsi üzrə regional şura), Mahirə Muxtarova (Höteborq bələdiyyə məclisi), Xalidə Mərafət (Huddinge bələdiyyə məclisi), Aylin Fazelian (riksdaq), Mərkəz Partiyasını isə Aida Kərimli (riksdaq və regional şura), Duman Radmehr (Vestra Hötaland əyalət şurası) və Turan Əliyev (riksdaq, əyalət şurası və bələdiyyə məclisi) təmsil edəcəklər.

Qeyd edək ki, İsveç Azərbaycanlıları Koordinasiya Şurasının sədri İradə Əliyeva Söderberg Jönşöping bölgəsindəki regional şuranın 4 çağırış deputatı, Turan Əliyev Partille şəhər bələdiyyə məclisinin üzvü və Höteborq bölgəsi üzrə Miqrasiya və İnzibati məhkəmə jürisi, Aylin Fazelian parlamentin deputatı olub.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR