“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının ağsaqqalı vəfat edib

Georgi Qinzburq

© APA | Georgi Qinzburq

# 06 sentyabr 2022 16:32 (UTC +04:00)

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının ağsaqqalı, Hayfa şəhərində yaşayan Georgi Qinzburq ömrünün 104-cü ilində vəfat edib.

Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd olunub ki, 1918-ci ildə Bakıda dünyaya gələn Georgi Qinzburq Azərbaycan Neft və Kimya İnstitutunun məzunu olub. İkinci Dünya müharibəsi illərində Dzerjinski adına Artilleriya Akademiyasında təhsil almağa göndərilib. Təhsilini zabit kimi başa vuraraq döyüşə yollanıb. Ordudan tərxis olunandan sonra yenidən Azərbaycana qayıdaraq, energetika sistemində çalışıb.

1991-ci ildə ailəsi ilə birlikdə İsrailə köçüb. Hayfa şəhərindəki “Bakınets” cəmiyyətinin yaradılmasında iştirak edib və fəal həyat tərzi keçirib.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR