Başar Kömür: “Zəfər Qurultayının mənəvi tərəfi çox önəmlidir”

Başar Kömür

© APA | Başar Kömür

# 22 aprel 2022 16:57 (UTC +04:00)

Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayının ən önəmli tərəfi onun mənəvi tərəfidir.

Bunu APA-ya açıqlamasında Dünya Azərbaycanlıları Konqresinin sədr müavini Başar Kömür deyib.

O bildirib ki, Azərbaycan dövləti və xalqı bir yerdədir.

Başar Kömür qeyd edib ki, Azərbaycan diasporu öz üzərinə düşən vəzifələri yerinə yetirmək əzmindədir.

“Diasporumuz bu gün gördüyü işlərlə gələcək üçün də gözəl nümunələr qoyur. Biz 100 illik erməni diasporunu informasiya savaşında darmadağın etdik. Bu, gələcəkdə də davam edəcək. Azərbaycan diasporu akademik səviyyədə formalaşacaq və işini o səviyyədə görəcək”, - Başar Kömür vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR