Bir qrup azərbaycanlı Ukraynadan Moldovaya keçib

Elçin Bayramov

© APA | Elçin Bayramov

# 26 fevral 2022 16:27 (UTC +04:00)

Ukraynada yaranmış vəziyyətlə əlaqədar bir qrup azərbaycanlı bu ölkəni tərk edərək, Moldova ərazisinə keçə bilib.

APA xəbər verir ki, bunu Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov onların qarşılanması və yerləşdirilməsi barədə Diasporla İş üzrə Dövlət Komitəsinin internet televiziyası olan “Diaspor TV”-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, son 3 gün ərzində təxminən 500 azərbaycanlı Moldovaya keçib:

"Təxminən 80-100 nəfər toplanır və onlar üçün maşın təşkil edirik və onlar Kişinyov şəhərinə gətirilir. Gələn şəxsləri Azərbaycanın Moldovadakı səfirliyi ilə birgə yer tapıb yerləşdiririk. Səfirlik hazırda həmin şəxslərin viza problemi ilə məşğuldur. Təyyarə ilə Rumıniyadan İstanbula uçuş var, bunun üçün də Azərbaycan vətəndaşlarına viza lazımdır. Bu gün səhərdən 25 nəfəri də Kişinyova göndərmişik və daha 10 nəfər də gəlməlidir” - o deyib.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR