BMT-nin Cenevrədəki ofisi önündə sərgi-aksiya təşkil edilib

BMT-nin Cenevrədəki ofisi önündə sərgi-aksiya təşkil edilib
# 04 oktyabr 2022 13:00 (UTC +04:00)

İsveçrənin Cenevrə şəhərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina probleminə və Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərə həsr olunmuş sərgi-aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədəki mənzil-qərargahı önündə baş tutan sərgi-aksiya Hüquq və İnkişaf üzrə Beynəlxalq İnstitutun (International Institute for Rightsand Development - Geneva, IRDG) təşkilatçılığı ilə gerçəkləşdirilib.

Sərgi-aksiya zamanı “Ermənistan, itkin düşmüş azərbaycanlılar barədə məlumat ver!”, “Ermənistan hərbi cinayətlər törətməkdə davam edir, lakin minalanmış sahələrin xəritələrini təqdim etmir”, “İşğaldan azad edilmiş ərazilərin intensiv şəkildə minalanması insanların həyatı, sağlamlığı və təhlükəsizliyi üçün ciddi təhdid yaradır”, “İşğaldan azad edilmiş ərazilərdə hər bir mina partlayışı Ermənistanın növbəti cinayətidir!”, “30 il ərzində Ermənistan əvvəllər işğal etdiyi Azərbaycan ərazilərinin böyük hissəsini minalayıb. Ona görə də bu gün həmin ərazilərin minalardan təmizlənməsi bizim əsas vəzifəmizdir!”, “Azad olunmuş ərazilərdə erməni qoşunlarının basdırdığı naməlum sayda minalardan insanlar həlak olmaqda davam edir!”, “Ermənistanın təcavüzünü dayandır!” şüarlarının, “Ermənistanın hərbi cinayətləri”, “Sülh”, “Minasız torpaqlar” çağırışlarının, həştəqlərinin və fotolarının əks olunduğu plakatlar nümayiş etdirilib.

Tədbir BMT-nin İnsan Hüquqları Şurasının 51-ci ümümi müzakirələr sessiyasının sonuncu həftəsi ərəfəsində təşkil olunub. Bu sessiyada minaların yaratdığı ekoloji və humanitar problemlər gündəmə gətiriləcək. Məqsəd minaların təhlükəli olduğunu, böyük humanitar fəlakət yaratdığını, məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışının təmin edilməsinə və dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə əngəl törətdiyini bir daha nəzərə çatdırmaqdır.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR