Bu gün 10 nəfər azərbaycanlı Lvovdan təxliyə edilib

Bu gün 10 nəfər azərbaycanlı Lvovdan təxliyə edilib
# 05 mart 2022 13:27 (UTC +04:00)

“Hazırda Lvovda sığınacaqlarda olan 200-dən çox azərbaycanlı təxliyə olunmağı gözləyir”.

Bu barədə APA-ya Ukrayna Azərbaycanlıların Radasından məlumat verilib.

Bildirilib ki, bu gün 10 nəfər azərbaycanlı təxliyə edilib: “Onların 5-i Rumıniya, 5-i isə Polşa sərhədinə göndərilib. Səhər saat 6-da yenə Kiyevdən 1 qatar azərbaycanlı gəlib, orada nə qədər adam olduğunu hələ bilmirəm. Bizim özümüzün sığınacaqlarında 50 nəfərə qədər azərbaycanlı var. Burada təxliyə üçün gələn azərbaycanlılar yerli camaatın evlərində də yerləşdirilir”.

Qeyd edilib ki, bu günə qədər çox sayda azərbaycanlı sərhədə göndərilib: “Dünən 90-dan çox adam Lvovdan sərhədə yola salınıb. Onların 54-ü bizim öz maşınlarımızla, qalanları isə avtobusla, qatarla sərhədə çatdırılıb”.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR