Bu gün Odessadan 50-dən çox azərbaycanlının təxliyəsi gözlənilir

Odessa

© APA | Odessa

# 07 mart 2022 11:14 (UTC +04:00)

“Odessa Azərbaycanlılarının Diasporu “Birlik” ictimai təşkilatı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bu günə kimi Odessadan 500-dən çox azərbaycanlını təxliyə edib”.

Bu barədə APA-ya təşkilatın sədri Rövşən Quliyev məlumat verib.

O bildirib ki, artıq təxliyə üçün müraciət edənlərin sayı azalıb.

“Dünən 60-a yaxın şəxsin təxliyəsini həyata keçirmişik. Bu gün də 50 nəfərin təxliyəsi planlaşdırılır. Soydaşlarımız kiçiktutumlu avtobuslarla təxliyə edilir”, - Rövşən Quliyev qeyd edib.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR