Ceyhun Bayramov: Zəfər Gününü ABŞ-dakı soydaşlarımızla qeyd etməkdən şad oldum

Ceyhun Bayramov: Zəfər Gününü ABŞ-dakı soydaşlarımızla qeyd etməkdən şad oldum
# 08 noyabr 2022 07:57 (UTC +04:00)

ABŞ-da səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Vaşinqtondakı səfirliyinin təşkilatçılığı ilə keçirilən, 8 Noyabr – Zəfər Gününə həsr edilən tədbirdə iştirak edib.

APA xəbər verir ki, bu barədə XİN başçısı “Twitter” səhifəsində yazıb.

“Vaşinqtonda Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən təşkil edilən Zəfər Gününə həsr olunmuş tədbirdə iştirak etməkdən məmnunam.

Bu şərəfli bayramı ABŞ-da yaşayan soydaşlarımızla birgə qeyd etməkdən şad oldum. Qələbə gününüz mübarək, Azərbaycan”, - C.Bayramov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR