Diaspor təşkilatları Ermənistanın təxribatı ilə bağlı bəyanat yayıb

Diaspor təşkilatları Ermənistanın təxribatı ilə bağlı bəyanat yayıb
# 13 sentyabr 2022 16:26 (UTC +04:00)

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları 12 sentyabr 2022-ci il Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatla əlaqədar beynəlxalq ictimaiyyətə bəyanat ünvanlayıb.

APA-nın xəbərinə görə, bəyanatda deyilir ki, dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən Azərbaycan icmasının üzvləri Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarına rəsmi İrəvan tərəfindən növbəti zərbə vurulmasından dərin narahatlıq hissi keçirir və beynəlxalq birlikdən Ermənistanın təcavüzkarlıq siyasətinin qarşısının alınması üçün işğalçı dövlətə qarşı təzyiqlərin gücləndirilməsini xahiş edir.

“Biz, dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən Azərbaycan icmasının üzvləri əminliklə bildiririk ki, Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq Azərbaycanın gördüyü əks-tədbirlər lokal xarakterli olub, hərbi hədəflərə qarşı yönəlib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Biz, dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən Azərbaycan icmasının üzvləri qətiyyətlə söyləyirik ki, Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir. Doğma Vətənimizin işğaldan azad edilmiş bu ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığı zaman, Ermənistanın təcavüzə yol verməsi bu prosesə hər vəchlə mane olduğunun növbəti bariz göstəricisidir. Biz bir daha beynəlxalq təşkilatlara, aparıcı qurumlara müraciət edərək dünya birliyindən bu kimi halların bir daha baş verməməsi üçün beynəlxalq hüquq müstəvisində əməli addımların atılmasını, eyni zamanda Ermənistan tərəfinin revanşizm ideyalarına son qoyaraq sülhə dəvət edilməsi istiqamətində səylərin artırılmasını tələb edirik”, - bəyanatda deyilir.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR