Diasporla İş üzrə Dövlət Komitəsində kadr dəyişikliyi olub

Diasporla İş üzrə Dövlət Komitəsində kadr dəyişikliyi olub
# 14 sentyabr 2021 09:28 (UTC +04:00)

Diasporla İş üzrə Dövlət Komitəsində kadr dəyişikliyi olub.

APA-nın məlumatına görə, bununla bağlı Dövlət Komitəsinin sədri Fuad Muradov əmr imzalayıb.

Əmrə əsasən, Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Aqil Əsədov tutduğu vəzifədən azad olunub. Vəsilə Vahidqızı Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri təyin edilib. O, bu təyinata qədər Dövlət Komitəsinin mətbuat katibi vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR