Dünyanın 50 ölkəsində azərbaycanlıların 556 diaspor təşkilatı var

Dünyanın 50 ölkəsində azərbaycanlıların 556 diaspor təşkilatı var
  • Clock-gray 15:11
  • calendar-gray 14 İyun 2019

"Azərbaycanlıların ən çox diaspor təşkilatı olan ölkələr içərisində Rusiya liderlik təşkil edir".  

APA-nın məlumatına görə, hazırda Rusiyada 102 diaspor təşkilatı fəaliyyət göstərir. Ümumilikdə dünyanın 50 ölkəsində azərbaycanlıların 556 diaspor təşkilatı var. Rusiyadan sonra ən çox diaspor təşkilatımız ABŞ-dadır. Hazırda Amerika Birləşmiş Ştatlarında azərbaycanlıların 56 diaspor təşkilatı fəaliyyət göstərir. Üçüncü sırada isə qardaş Türkiyə yer alır. Hazırda Türkiyədə 53 diaspor təşkilatımız var.  Növbəti sıralarda Gürcüstan (46), Almaniya (45), Ukrayna (42), Qazaxıstan (37) və İsveç (33) yer alır.

Ən az diaspor təşkilatımız olan ölkələr isə İslandiya, Nigeriya, Yeni Zelandiya, Filippin, Yunanıstan, Monteneqro, Albaniya, Moldova, Monqolustan, İordaniya, Küveyt və İsraildədir. Bu dövlətlərin hərəsində azərbaycanlıların bir diaspor təşkilatı fəaliyyət göstərir.  

Qeyd edək ki, bir sıra ölkələrdəki diaspor təşkilatlarımız arasında Koordinasiya Şuraları yaradılır. Artıq Ukrayna, İspaniya, Almaniya, Fransa, Amerika Birləşmiş Ştatları, Belçika-Niderland, İsveçrə, İtaliyada, eyni zamanda İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şuraları yaradılıb.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date