Fransa Milli Assambleyası Azərbaycana qarşı bədnam qətnaməni müzakirəyə çıxaracaq

Fransa Milli Assambleyası Azərbaycana qarşı bədnam qətnaməni müzakirəyə çıxaracaq
# 21 noyabr 2022 15:21 (UTC +04:00)

Məlum olduğu kimi, noyabrın 15-də Fransa parlamentinin yuxarı palatası olan Senat Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan bədnam qətnamə qəbul edib. Noyabrın 28-də isə hakim partiya nümayəndələrinin təqdim etdiyi bu qətnamə Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyada müzakirəyə çıxarılacaq.

APA xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin dünya azərbaycanlılarına müraciətində bildirilib.

Diasporla İş üzrə Dövlət Komitəsi noyabrın 28-də Azərbaycana qarşı bədnam qətnamənin Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyada müzakirəyə çıxarılacağını nəzərə alaraq soydaşlarımızı bir daha səfərbər olmağa, Azərbaycanın haqq səsini və ədalətli mövqeyini Assambleya üzvlərinə çatdırmaq üçün qüvvələrini birləşdirməyə və yaşadıqları ölkənin qanunvericiliyinin tələblərinə uyğun olaraq öz münasibətini bildirməyə çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR