Fuad Muradov: "Ermənilər UNESCO nümayəndələrinin gözü qabağında Azərbaycan Evinə hücum edib"

Fuad Muradov: "Ermənilər UNESCO nümayəndələrinin gözü qabağında Azərbaycan Evinə hücum edib"
# 27 sentyabr 2022 11:41 (UTC +04:00)

“Ermənistanın Azərbaycana qarşı təxribatı ərəfəsində Parisdə yerləşən Azərbaycan evinə hücum oldu. Ermənilər UNESCO nümayəndələrinin gözü qabağında Azərbaycan Evinə hücum edib”.

APA xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin gün orada UNESCO ilə birgə tədbir keçirilirdi: “Bir daha dünyanın mədəniyyətini qoruyan təşkilat ermənilərin mədəniyyətsizliyini gördü. Bu onların özlərini necə aparmasını göstərir”.

Fuad Muradov qeyd edib ki, bundan başqa, Azərbaycanın heç bir idman klubu, mədəniyyət mərkəzi və digər diaspor müəssisələrinə hücum olmayıb:

“Bu gün Azərbaycanın diasporu ayaqdadır. Diasporun inkişafı bir ilin, beş ilin işi deyil, daim iş aparılmalıdır. Biz erməni təxribatı zamanı 20-dən çox ölkəyə müxtəlif dillərdə bəyanatlar göndərmişdik. Bu gün də fəaliyyətimizi davam etdiririk. Bizim bütün istiqamətlərdə diasporumuz formalaşıb. İdman klublarımız, Azərbaycan evlərimiz mövcuddur. Şənbə-bazar günləri Azərbaycan dili kurslarımız fəaliyyət göstərir. Eyni zamanda, musiqimizi, mədəniyyətimizi təbliğ edən klublarımız var. Müəyyən təhlükəsizlik işləri görülür”.

Komitə sədri qeyd edib ki, səfirliklərlə bağlı diaspor koordinasiyalı fəaliyyət göstərir: “Hansı məqamda diaspor tərəfindən dəstək lazımdırsa, göstərilir. Bu gün hər bir dövlətin borcudur ki, ölkəsindəki xarici səfirlikləri qorusun”.

O bildirib ki, bu yaxınlarda Britaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları dinc aksiya üçün həm Ermənistan səfirliyinin qarşısına gedib, həm də Azərbaycan səfirliyinin qarşısına gəlib: “Fransada ermənilər icazəsiz aksiya keçirməyə cəhd etdilər. Biz çalışırıq ki, bunu bütün dünya bunu görsün. Onlar qanunsuz əməllərə əl atırlar. Son üç həftə ərzində 40-dan çox yürüş və aksiyamız həyata keçirilib. Parisdə UNESCO-nun qarşısında diaspor təşkilatları tərəfindən Azərbaycan tarixinin və mədəni irsinin dağıdılması ilə bağlı üç gün aksiya keçirildi. Heç bir erməni təşkilatı cürət edib bir söz də deyə bilmədi”.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR