Fuad Muradov Gürcüstanın xarici İşlər nazirinin müavini ilə görüşüb

Fuad Muradov Gürcüstanın xarici İşlər nazirinin müavini ilə görüşüb
  • Clock-gray 19:09
  • calendar-gray 17 Aprel 2019

Gürcüstanın Xarici  İşlər nazirinin müavini Laşa Darsalianın rəhbərlik etdiyi nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.

Komitədən ONA-ya verilən məlumata görə, Fuad Muradov ölkənin diaspor siyasəti haqqında məlumat verib və bu sahədə Komitənin gördüyü işlərdən danışıb.

Xarici  İşlər nazirinin müavini ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafı barədə fikirlərini bölüşüb və münasibətlərin səviyyəsindən məmnunluq ifadə edib.

Görüşdə Gürcüstanda yaşayan soydaşlarımızın yaşadıqları cəmiyyətə daha yaxşı inteqrasiyası olunması, sosial-iqtisadi yönümlü ortaq layihələrin tətbiqi, Gürcüstan azərbaycanlılarının təhsil imkanlarının daha da artırılması yolları ilə bağlı fikir mübadiləsi aparılıb. 

Aytən Yusifova

Digər xəbərlər

Arxiv

date