Fuad Muradov: "Qanun layihəsi hazırdır, diaspor nümayəndələrinin Vətənə gəlməsi proseduru asanlaşdırılacaq"

Fuad Muradov

© APA | Fuad Muradov

# 27 sentyabr 2022 11:31 (UTC +04:00)

“Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında” qanun layihəsi artıq hazırdır.

APA-nın xəbərinə görə, bunu junalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

O bildirib ki, qanun layihəsi aidiyyəti qurumlarla razılaşdırılır.

Fuad Muradov qeyd edib ki, bu qanun layihəsində Vətənə gələn diaspor nümayəndələri ilə bağlı bəzi prosedurların asanlaşdırılması nəzərdə tutulub. Onun sözlərinə görə, bununla əlaqədar hazırda Dövlət Miqrasiya Xidməti ilə müzakirələr aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR