Fuad Muradov: "Yay düşərgəsində Pənahəli xanın nəslinin üzvləri iştirak edir"

Fuad Muradov

© APA | Fuad Muradov

# 02 avqust 2022 16:15 (UTC +04:00)

“Dünyada 18 Azərbaycan Evi fəaliyyət göstərir. İlin sonuna kimi bu rəqəm çoxalacaq”.

APA xəbər verir ki, bunu Diaspor Gənclərinin III Yay Düşərgəsinin Şuşada açılışı zamanı jurnalistlərə açıqlamasında Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

O bildirib ki, 2018-ci ildən Prezident İlham Əliyevin tapşırığı ilə hər il yayda xaricdə yaşayan gənc azərbaycanlılar üçün düşərgə keçirilir: “Düşərgənin təşkil olunmasında əsas məqsəd diaspora hərəkatına gəncləri cəlb etməkdir. Bu cür düşərgə gələcəkdə diaspora hərəkatına yeni nəslin cəlb olunmasına xidmət edir. Prezident Şuşa qurultayında tapşırıq vermişdi ki, biz bu istiqamətə daha böyük diqqət ayıraq. Xaricdə yaşayan gənc nəsil arasında Azərbaycan dili, mədəniyyəti, reallıqları və eyni zamanda, Qarabağ tarixinin təbliği ilə bağlı da əməli işlər həyata keçirilsin. Bir həftə ərzində davam edəcək yay düşərgəsində 50 ölkədən 120 gənc iştirak edəcək. Onların içərisində tanınmış ailələrdən olanlar var. Pənahəli xanın nəslinin üzvləri, milli qəhrəmanlarımızın xaricdə təhsil alan övladları burada iştirak edirlər”.

Dövlət Komitəsinin sədri vurğulayıb ki, düşərgə iştirakçıları müxtəlif ölkələrin vətəndaşlarıdır: “Onlar buradan öz ölkələrinin prezidentlərinə, parlamentlərinə müraciət edəcəklər. Bir daha Qarabağın Azərbaycan torpağı olması, 30 il ərzində işğal altında qalan şəhər və kəndlərimizin vəziyyəti haqda məlumat verəcəklər. Eyni zamanda, beynəlxalq təşkilatlara da müraciətlər ünvanlanacaq”.

Yetər Kərimli

Fuad Nazimoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR