İstanbulda Xocalı soyqırımı haqda kitabın təqdimatı olub - FOTO

İstanbulda Xocalı soyqırımı haqda kitabın təqdimatı olub - FOTO
# 22 fevral 2022 17:03 (UTC +04:00)

İstanbulda Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı "Geriyə baxma" mövzusunda tədbir keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, İstanbul Universitetində baş tutan tədbirdə Türkiyə və Azərbaycandan ictimai xadim və elm adamları çıxış edib.

Çıxışçılar dünyanın gözü qarşısında törədilən bu qətliamın səbəbkarlarının hələ də cəzalandırılmasının insanlığa qarşı cinayət olduğunu bildiriblər.

“Xocalıya ədalət!” kampaniyasının təşkilinə və dünyada bu faciənin tanıdılması istiqamətində fəaliyyətə görə təşəkkürünü ifadə edən “Erməni təcavüzünun tanıdılması” İctimai Birliyinin sədri, yazıçı, publisist Səriyyə Müslümqızı vurğulayıb ki, hər bir vətəndaş Xocalı həqiqətlərinin daha geniş təbliğ edilməsi üçün şox fəal olmalıdır. O dəhşətli gecəni ürək ağrısı ilə xatırlayan Xocalı sakini deyib ki, o vaxt qətlə yetirilən 106 qadından biri də onun anası olub.

"Türk Ocaqları"nın İstanbul üzrə rəhbəri Cezmi Bayram Xocalı soyqırımının unudulmaması, gənc nəsillərə çatdırılması məqsədilə bu cür tədbirlərin Türkiyə universitetlərində mütəmadi olaraq keçiriləcəyini deyib.

Tədbirdə Xocalı soyqırımı, erməni vandalizmi, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri özündə əks etdirən "CNN Türk" kanalı tərəfindən hazırlanan "Qarabağ Azərbaycandır" sənədli filmi nümayiş etdirilib.

Mərasim çərçivəsində Səriyyə Müslümqızının “Geriyə baxma” adlı kitabının təqdimatı keçirilib.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR