Kaliforniyada Azərbaycan bayrağını qaldırma mərasimi keçirilib - FOTO

Kaliforniyada Azərbaycan bayrağını qaldırma mərasimi keçirilib - FOTO
# 06 iyun 2022 11:33 (UTC +04:00)

ABŞ-ın Kaliforniya ştatının San Jose şəhərində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.

Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətindən (Azerbaijan Cultural Society of Northern California) APA-ya verilən məlumata görə, tədbir San Jose şəhər meriyası ofisi ilə birlikdə təşkil olunub. Qeyd olunub ki, mərasim Azərbaycanın Müstəqillik günü münasibəti ilə Silikon vadisinin ən iri şəhəri və paytaxtında keçirilib. Tədbirdə San Jose şəhər merinin müavini Chappie Jones çıxış edib. O, bu günün Azərbaycan tarixində önəmi haqda danışıb. Həmçinin Azərbaycan icması və Azerbaijan Cultural Society of Northern Califronianın San Jose şəhərində oynadığı roldan bəhs edib.

Tədbirdə Müstəqillik Günü, günün Azərbaycan tarixindəki yeri haqda məruzələr edilib. Azərbaycan və ABŞ-ın Dövlət himnləri səsləndirilib, hər iki ölkənin bayraqları şəhər meydanında qaldırılıb.

Daha sonra tədbir bədii hissə ilə davam edib. ABŞ-da yaşayan azərbaycanlı kamança ustası İmamyar Həsənov, müğənni Fəridə Nelson, rəqqasə Fəridə Bayramlı tədbirdə çıxış ediblər.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR