Koreyadakı azərbaycanlılar Xocalı soyqırımına dair petisiya ilə çıxış ediblər

Koreyadakı azərbaycanlılar Xocalı soyqırımına dair petisiya ilə çıxış ediblər
# 25 fevral 2022 18:38 (UTC +04:00)

Koreyanda fəaliyyət göstərən “Buta” Azərbaycan-Koreya Dostluq Assosiasiyası Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı yerli ictimaiyyətə petisiya ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, Koreya Prezident Administrasiyasının və Koreya Parlamentinin saytlarında yerləşdirilmiş petisiyalarda 1992-ci il fevralın 25-dən 26-na kecən gecə Ermənistan silahlı qüvvələrinin sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal etdiyi və məhz azərbaycanlı olduqlarına görə dinc əhaliyə qarşı soyqırımı törətdiyi barədə məlumat verilib.

Bu addım koreyalıların diqqətini Xocalı soyqırımına cəlb etmək və onların “Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyasına fəal şəkildə qoşulmasına nail olmaq məqsədilə atılıb.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR