Lev Spivak: "Azİz-in əsas vəzifələrindən biri də Azərbaycan və İsrail diasporlarının fəaliyyətini koordinasiya etməkdir"

Lev Spivak: "Azİz-in əsas vəzifələrindən biri də Azərbaycan və İsrail diasporlarının fəaliyyətini koordinasiya etməkdir"
# 02 oktyabr 2019 12:15 (UTC +04:00)

"Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının əsas məqsədlərindən biri beynəlxalq münasibətlərin, xarici iqtisadi və siyasi əlaqələrin inkişafı sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək, müvafiq məsələlər üzrə elmi araşdırmalar aparmaq, müxtəlif kurslar, seminarlar, dəyirmi masalar, görüşlər və sərgilər təşkil etməkdən ibarətdir".

Bunu APA-ya açıqlamasında Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (AzIz) baş direktoru Lev Spivak deyib.

L. Spivak bildirib ki, Assosiasiya dövlət qeydiyyatına alındıqdan 30 gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin edir, Azərbaycan Respublikasının aidiyyəti dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

O, Azərbaycan və İsrail dövlətlərinin mədəniyyətlərinin təbliğ olunması, Azərbaycan dövlətinin mövqeyinin İsrail dövlətinə və dünyaya çatdırılması, dünyada yəhudi və Azərbaycan diasporlarının birgə layihələrinin həyata keçirilməsi və işıqlandırılmasının da Assosiasiyanın hədəflərindən olduğunu qeyd edib.

"Bu gün İsrail şəhərlərinin rəhbərlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfərinin ilk günüdür. Səfər ümummilli lider Heydər Əliyevin məzarını ziyarətlə başladı. Bu gün bizim Assosiasiya Azərbaycanda təsis olunur, qurultay da bu məqsədlə keçirilir. Artıq 12 ildir, biz İsraildə qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstəririk. Düsünürəm ki, fəaliyyətimizi uğurlu hesab etmək olar. Cünki biz həm sevincli xəbərlərimizi, mədəni tədbirləri, bayramları, həm də kədərli hadisələri, işğal olunmuş Qarabağ torpaqları, həlak olmuş övladlarımız haqqında məlumatları İsrail ictimaiyyətinə çatdırırıq. Düşünürəm ki, artıq Azərbaycanda da İsrail həqiqətlərini çatdıracaq belə bir təşkilatın yaradılmasının zamanıdır. Bu təşkilatın əsas vəzifələrindən biri də dünyada fəaliyyət göstərən Azərbaycan və İsrail diasporlarının fəaliyyətini koordinasiya etməkdir", - deyə Lev Spivak vurğulayıb.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR