Londonda yaşayan azərbaycanlılar BBC-nin binası qarşısında aksiya keçirib - FOTO

“BBC”nin Londondakı baş qərargahı qarşısında aksiya

© APA | “BBC”nin Londondakı baş qərargahı qarşısında aksiya

# 16 iyun 2021 15:15 (UTC +04:00)

Ermənistanın mina xəritələrini təhvil verməməsinə etiraz edən azərbaycanlılar Londonda BBC-nin binası qarşısında aksiya keçirib.

APA-nın yerli bürosunun xəbərinə görə, Britaniya Azərbaycanlıları Assosiasiyası və “Natavan Qrup”un təşkilatçılığı və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən aksiyada Londonda yaşayan azərbaycanlılar və türkiyəlilər iştirak ediblər.

Onlar Ermənistanın törətdikləri cinayətlərə etirazlarını bildirərək əllərində “Ermənistan azərbaycanlı jurnalistləri öldürür”, “Ermənistanın azərbaycanlı jurnalistlərə qarşı müharibə cinayəti”, “Ermənistan qanunları pozur”, “Bizi minalardan azad edin!” yazılmış plakatları nümayiş etdiriblər.

Daha sonra “Natavan Qrup”un təsisçisi Səbinə Quliyeva BBC əməkdaşlarına keçirilən aksiya ilə bağlı məktub təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR